Dünya
07.06.2018 / 16:55

"Rusiya Qara Dənizdə hərbi balansı pozur" - NATO

"Rusiya Qara Dənizdə hərbi balansı pozur" -
Rusiyanın Qara Dənizdə göstərdiyi hərbi fəaliyyət regionun hərbi balansına ciddi təhlükə yaradır.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Siyasi məsələlər üzrə katibi Ceyms Appaturay bildirib.

O Rusiyanın Krımda atdığı addımların sülhə ciddi təhdid olduğunu qeyd edib.

“Çox sayda hərbi təchizat yarımadaya gətirilir. Bütün bunlar regionun təhlükəsizliyini sual altına salır” - deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya son günlərdə Krımdakı hərbi qüvvələrin və onların təchizatının daha da artırılması yönündə işlər görür.

İnform.az

Baxış sayı: 51