Gündəm, Hüquq
07.06.2018 / 15:20

Maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Maarifləndirmə tədbirləri davam etdirilir -
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Həzi Aslanov adına 3 saylı tam orta məktəbində şagirdlərlə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nigah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında görüş keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İnform.az-a verilən məlumata görə, Tədbirdə çıxış edən RPŞ-nin Veteranlar Şurasının sədri Həsən İsayev şagirdlərə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb.

H.İsayev qeyd edib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda maarifləndirici tədbirlər davamlı keçirilməlidir. Hər kəs bu istiqamətdə görülən işlərdə fəal olmalı, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməlidir.

Daha sonra polis leytenantı, Cavid Kərimov erkən nigahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb.

Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.

Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.

Zərdab rayon icra hakimiyyətinin nümayəndəsi Aynur Məmmədova isə dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı zərərli təsirdən bəhs edib. Bildirib ki, adətən, cəmiyyətdə əmin-amanığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları gənclər olur.

Gəncləri radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

Maarifləndirmə tədbirləri davam etdirilir -


Maarifləndirmə tədbirləri davam etdirilir -


Maarifləndirmə tədbirləri davam etdirilir -


İnform.az

Baxış sayı: 40