Elm-təhsil
07.06.2018 / 12:15

Bilik Fondu “Kaspi” liseyində müsabiqə qaliblərini mükafatlandırıb - FOTO

Bilik Fondu “Kaspi” liseyində müsabiqə qaliblərini mükafatlandırıb -
Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Kaspi” liseyində “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda keçirilmiş bilik müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bilik Fondunun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, müsabiqə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar olaraq Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində keçirilib.

“Kaspi” liseyinin (Xətai) direktoru Asif Əzizov iştirakçıları Cümhuriyyətin 100 illiyi münasibəti ilə təbrik edərək məktəblilərin əldə etdikləri uğurlardan bəhs edib. Direktor belə müsabiqələrin keçirilməsinin Cümhuriyyət tariximizin daha dərindən mənimsənilməsinə yardım etdiyini, həmçinin gənclər üçün stimullaşdırıcı rol oynadığını da əlavə edib.

Mərasimdə iştirak edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov cəmi 23 ay ömür sürmüş Cümhuriyyətimizin şərəfli tarixindən söz açılıb, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Cümhuriyyət qurucularına böyük ehtiramından danışıb. O.Səmədov “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda bilik müsabiqəsinin ümumrespublika səviyyəsində keçirildiyini və müsabiqəyə orta məktəblərlə yanaşı, kolleclərin, ali təhsil ocaqlarının da qatıldığını vurğulayıb. Bilik Fondunun həyata keçirdiyi maarifləndirici layihələrdən söhbət açan icraçı direktor şagirdləri bundan sonra da belə layihələrə qoşulmağa səsləyib.

Müsabiqənin qaliblərinə Bilik Fondunun diplomları və Cümhuriyyət tarixindən bəhs edən kitab hədiyyələri təqdim olunub.

“Kaspi” liseyinin şagirdləri vətənpərvərlik ruhlu şeirlər səsləndiriblər.

Bilik Fondu “Kaspi” liseyində müsabiqə qaliblərini mükafatlandırıb -


Bilik Fondu “Kaspi” liseyində müsabiqə qaliblərini mükafatlandırıb -


İnform.az

Baxış sayı: 281