Gündəm, Hüquq
07.06.2018 / 12:03

Hesabdan pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Hesabdan pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
İyunun 5-də Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Göyçay rayon sakini P.Arazxanova mayın 30-da paytaxt ərazisindəki bankomatların birindən hesabındakı 178 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

​Məlumatla əlaqədar dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Yevlax rayon sakini Murad Allahverdiyev olduğu, bankomat kartını işlədikləri obyektdə qadınının çantasından gizlicə götürüb həmin məbləği çıxardıqdan sonra şübhə doğurmamaq üçün yenidən yerinə qaytardığı müəyyən edilib.

​Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 102