Mədəniyyət
07.06.2018 / 11:44

"Əbədi qayıdış"-ın rejissoru əbədi yola çıxdı- VİDEO

"Əbədi qayıdış"-ın rejissoru əbədi yola çıxdı-Ukrayna və sovet kinorejissoru, aktrisası Kira Muratova vəfat edib.

İnform.az kulis.az-a istinadən xəbər verir ki, rejissor 83 yaşında vəfat edib.

Muratova “İşıqlı dünyanı tanımaq”, “Həssas milisioner”, “Üç əhvalat”, “Çexov” motivləri kimi filmlər çəkib. Bunların arasından “Astenik sindrom” adlı filmi 40-cı Berlin kinofestivalında Jürinin xüsusi mükafatını – “Gümüş ayı”nı qazanıb.

Onun filmlərində Oleq Tabakov, Vladimir Vısotski, Renata Litvinova kimi aktyorlar çəkiliblər.

K.Muratovanın son filmi 2012-ci ildə çəkilən “Əbədi qayıdış”-dır.



İnform.az

Baxış sayı: 610