Gündəm, Hüquq
07.06.2018 / 10:38

Xeyli sayda çətənə kollu aşkar edilərək götürülüb

Xeyli sayda çətənə kollu aşkar edilərək götürülüb
Polis əməkdaşları tərəfindən xeyli sayda çətənə kollu aşkar edilərək götürülüb Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, iyunun 6-da polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolları aşkar edilərək götürülüb.

Belə ki, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər RPİ-nin əməkdaşları Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyevə məxsus həyətyanı sahədən 12 ədəd, Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunan Mövsüm Quliyevə məxsus həyətyanı sahədən 11 ədəd, Naftalan ŞPŞ-nin əməkdaşları şəhər sakini Elçin İsmayıova məxsus həyətyanı sahədən 14 ədəd, Salyan RPŞ-nin əməkdaşları şəhər sakini Abdulrəhim Axundova məxsus həyətyanı sahədən 10 ədəd, Astara RPŞ-nin əməkdaşları Artupa kənd sakini Mahir Quliyevə məxsus həyətyanı sahədən 26 ədəd, Xaçmaz RPŞ-nin əməkdaşları isə Qarğalıq kəndinin ərazisində Xaçmaz şəhər sakini Seyfəl Xasməmmədov və Tofiq Zeynalov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 60 ədəd çətənə kolları aşkar edərək götürüblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

İnform.az

Baxış sayı: 82