Diaspora Akademiyası
06.06.2018 / 10:30

Azərbaycan və Qazaxıstan diasporunun birgə fəaliyyəti

Azərbaycan və Qazaxıstan diasporunun birgə fəaliyyəti
Misirdəki Azərbaycan və Qazaxıstan diaspor nümayəndələri müştərək tədbirlər keçirərək ölkələrimizi daha layiqli səviyyədə təmsil etməyə hazır olduqlarını bildiriblər.

Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov, Misirdə Qazaxıstan Respublikasının səfiri Ərmən İssağəliyevlə görüşərək bu barədə ətraflı müzakirə aparıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən İnform.az- verilən məlumata görə, görüşdə ölkələrimiz arasında tarixi dostluq əlaqələrindən də bəhs edilib.

Səfir bildirib ki, Azərbaycan diasporunun Misirdə təhsil alan qazaxıstanlı tələbələrə verdikləri dəstəkdən olduqca məmnundur.

Qeyd edək ki, S. Nəsirov Misirdə təhsil alan 52 ölkədən olan 1000-dən çox tələbə ilə sıx işləyir və onların arasında qazaxıstanlı tələbələr də çoxdur.

Görüşün sonunda S.Nəsirov 100 azərbaycanlı alim və ədibdən bəhs edən kitabını səfirə hədiyyə edib.

İnform.az

Baxış sayı: 79