İqtisadiyyat
06.06.2018 / 19:00

Xarici iqtisadi fəaliyyət iştirakçılarının NƏZƏRİNƏ!

Xarici iqtisadi fəaliyyət iştirakçılarının
İyunun 9-u saat 14:00-da Bakı Baş Gömrük İdarəsində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçiriləcək.

İnform.az DGK-nin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, Bakı Baş Gömrük İdarəsi rəhbərliyinin iştirakı ilə təşkil olunan görüşdə gömrük sistemində həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması tədbirləri barədə məlumat veriləcək, eyni zamanda, iş adamlarını maraqlandıran məsələlər müzakirə olunacaq.

Görüşdə iştirak etmək istəyən xarici iqtisadi fəaliyyət iştirakçılarından Bakı Baş Gömrük İdarəsinə müraciət edərək qeydiyyatdan keçmələri xahiş olunur və yalnız qeydiyyatdan keçən şəxslərin görüşdə iştirakı təmin olunacaq.

Əlaqə telefonları:


012-404-22-00 (daxili-10000)

050-226-33-37

055-221-01-01


İnform.az

Baxış sayı: 58