Hüquq
27.07.2015 / 14:05

Məhkəmə davam edib

Məhkəmə davam edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Leyla Yunus iş üzrə zərərçəkmiş Rəna Səfəralıyevanın nümayəndəsi Şöhrət Allahmanovun prosesdən kənarlaşdırılması barədə vəsatət verib. L. Yunus Ş. Allahmanova təhqiramiz sözlər deyib. O, vəsatətə münasibət bildirən dövlət ittihamçısının da çıxışına maneçilik törədib, prosesdə səs-küy salıb.

Hakim Leyla Yunusun hərəkətlərini məhkəməyə hörmətsizlik kimi dəyərləndirib və bu barədə protokola qeyd edilib.

İnform.az

Baxış sayı: 358