Siyasət
06.06.2018 / 16:34

Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri ilə görüşüb

Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycana təyin olunan ilk səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib.

İnform.az Trend-in məlumatına istinadənxəbər verir ki, görüşdə səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Nazir E.Məmmədyarov M.Seoaneni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir M.Seoane fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

İnform.az

Baxış sayı: 49