Gündəm, Hüquq
06.06.2018 / 12:30

277 ədəd rels altlığını oğurlayan şəxs saxlanılıb - LƏNKARANDA

277 ədəd rels altlığını oğurlayan şəxs saxlanılıb -
İyunun 5-də isə Lənkəran Xətt Polis Məntəqəsinin əməkdaşları rayon dəmir yolu stansiyasının ərazisindəki metal qəbulu məntəqəsində qalaqlanan rels altlıqları aşkar ediblər.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin rels altlıqlarını məntəqəyə rayon sakini Atakişi Həsənzadənin satdığı müəyyən edilib.

Metal qəbulu məntəqəsindən ümumilikdə 277 ədəd rels altlığı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 40