Dünya, Siyasət
06.06.2018 / 08:40

Gürcüstan Suriyaya nota verdi

Gürcüstan Suriyaya nota verdi
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Suriyaya nota göndərib.

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, XİN iki ölkə arasında diplomatik münasibətlərin dayandırıldığını bəyan edib.

Bəyanatında bildirilir ki, 1 iyun 2018-ci tarixində Gürcüstan Xarici İşlər Nazirliyinin Suriya ilə diplomatik münasibətlərin dayandırılmasına dair rəsmi notası ərəb ölkəsinin BMT və Misirdəki diplomatik nümayəndəliyinə göndərilib.

Diplomatik münasibətlərin dayandırılmasına səbəb Bəşər Əsədin 29 may 2018-ci il tarixində beynəlxalq hüquqa məhəl qoymayaraq qondarma Suxumi və Sxinvali rejimləri ilə diplomatik münasibətlər qurması olub.

İnform.az

Baxış sayı: 43