Elm-təhsil
05.06.2018 / 16:50

İkinci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib- FOTO

İkinci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib-
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Molekulyar Biologiya” və “Biotexnologiya” ixtisasları üzrə 2017-2018-ci il tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri uğurla başa vurmuş II kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.

İnstitutun İctmaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, “Molekulyar biologiya” ixtisası üzrə Gülnar Rizvan qızı Abdullayeva və Fidan Rahim qızı Hüseynova, “Biotexnologiya” ixtisası üzrə Elnarə Etibar qızı Sadıqova və Elşən Oktay oğlu Musazadə Müdafiə Şurasının üzvləri və institutun kollektivi qarşısında öz dissertasiya işlərini təqdim etmiş, verilən suallara dolğun və ətraflı cavab veriblər.

AMEA-nın Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi Fikrət Feyziyev magistrantların müdafiəsində iştirak etmiş və onların hazırlığından razı qalaraq məmnunluğunu bildirib.

Magistrantlar öz çıxışlarının sonunda institutun direktoru akademik İradə Hüseynova başda olmaqla rəhbərlərinə, müəllimlərinə onlar üçün yaradılan şəraitə və elmi-tədqiqat işlərində qazandıqları uğurlara görə dərin minnətdarlıqlarını bildiriblər.

İkinci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib-


İkinci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib-


İkinci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib-


İkinci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib-


İkinci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib-


İkinci kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib-


İnform.az

Baxış sayı: 469