Elm-təhsil
05.06.2018 / 16:37

Dövlət İmtahan Mərkəzi BDU-da təqdimat keçirib - FOTO

Bakı Dövlət Universitetində bu ali təhsil ocağının professor-müəllim heyətinin, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələrin iniştirakı ilə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

BDU-nin Mətbuat və informasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 10aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə baş tutub.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətindən danışıb və Mərkəzin bu istiqamətdəki fəaliyyətinə diqqət çəkib.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən iki təqdimat keçirilib.

Qurumun sektor müdiri və şöbə müdiri - Kamil Baxşəliyev dövlət qulluğuna qəbul mexanizmləri,dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında,karyerada inkişaf və Vüqar Əkbərov isə Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətlər barədə məlumat veriblər.

Tədbir iştirakçıların çoxsaylı suallarına cavabla başa çatıb.

Dövlət İmtahan Mərkəzi BDU-da təqdimat keçirib -


Dövlət İmtahan Mərkəzi BDU-da təqdimat keçirib -


Dövlət İmtahan Mərkəzi BDU-da təqdimat keçirib -


İnform.az

Baxış sayı: 222