Sosial
05.06.2018 / 16:10

Muxtar Babayev Almaniya səfirini və "KFW" bankının nümayəndə heyətini qəbul edib

Muxtar Babayev Almaniya səfirini və "KFW" bankının nümayəndə heyətini qəbul edib
Ekologiya və Təbii Sərvətlər naziri Almaniyanın Azərbaycandakı səfirini və Almaniyanın "KFW" bankının nümayəndə heyətini qəbul edib.

Bu barədə İnform.az-a ETSN-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab və Almaniyanin "KFW" bankının nümayəndələri arasında tanışlıq görüşü keçirilib.

Görüş zamanı ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində indiyədək görülmüş işlər və gələcək əməkdaşlıq planları müzakirə edilib.

İnform.az

Baxış sayı: 166