Mədəniyyət
05.06.2018 / 15:00

Lənkəran teatrının direktoru Türkiyə işgüzar səfərdə olub

Lənkəran teatrının direktoru Türkiyə işgüzar səfərdə olub
Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov qardaş Türkiyə Respublikasından işgüzar səfərdən qayıdıb.

Bu barədə İnform.az-a T.Heydərov özü məlumat verib.

İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən dəvət olunan T.Heydərov mayın 30-dan iyunun 4-dək burada beş gün müddətində Kültür və Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən teatr festivalında qonaq qismində iştirak edib.

”Səfər çərçivəsində İstanbul Şəhər Mədəniyyət və Sisial Məsələlər İdarəsinin müdiri ilə görüşərək, qarşılıqlı əlaqələr barədə fikir mübadiləsi apardıq” – deyə T.Heydərov bildirib.

Onun sözlərinə görə, görüş zamanı həmçinin yaxın gələcəkdə hər iki ölkənin teatr kollektivlərinin festivallarda iştirakı, müştərək qastrol səfərlərinin təşkili, kadrların yaradıcılıq və texniki hazırlığı, təcrübə mübadiləsi məsələləri də müzakirə olunub.

Lənkəran teatrının direktoru ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mədəniyyət məsələləri üzrə nümayəndəsinin görüşündə isə hər iki qardaş ölkənin mədəni əlaqələrinin perspektivləri müzakirə obyekti olub.

İnform.az

Baxış sayı: 57