Dünya, Hadisə
05.06.2018 / 14:23

Netanyahuya sui-qəsdin qarşısı alınıb

Netanyahuya sui-qəsdin qarşısı alınıb
İsrail xüsusi xidmət orqanları Baş nazir Benyamin Netanyahuya sui-qəsd hazırlayan qrupu neytrallaşdırıblar.

İnform.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Yerusəlim Post” yayıb. Xüsusi qrupun Şərqi Qüdsdə neytrallaşdırıldığı vurğulanıb.

İddiaya görə, qrup Suriyadan idarə olunub.

“Yerusəlim Post” zərərsizləşdirilən qrupun Netanyahu ilə bərabər Qüds meri Nira Barkat, Kanada nümayəndə heyəti və ABŞ Konsulluğuna hücum etməyi planlaşdırdığını da yazıb.

İnform.az

Baxış sayı: 30