Hərbi
05.06.2018 / 14:00

3 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb- Xızıda(Foto)

3 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb-
2018-ci il 05 iyun tarixində saat 08:41-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 08:44-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Xızı rayonu, Ağdərə kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən xəbərə görə, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 100 mm-lik top mərmisi (BK-3) və 1 ədəd AR-6 partladıcısı) və 1 ədəd partlamış mərmi hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin tapıldığı yerin ətrafında 1000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

3 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb-


3 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb-


3 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb-


3 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb-


3 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb-


İnform.az

Baxış sayı: 41