İqtisadiyyat
05.06.2018 / 12:44

İyunun ilk hərracı da rəqabətli keçib- FOTO

İyunun ilk hərracı da rəqabətli keçib-
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 iyun tarixində keçirilən hərrac rəqabətli olub.

Buna səbəb özəlləşdirilmə prosedurlarının sadə və şəffaf formada həyata keçirilməsi, elektron hərrac sisteminin tətbiqi, hərraclara çıxarılan əmlakların geniş çeşidliyidir.

ƏMDK-nin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, bu hərracda da dövlət əmlaklarının yerləşdikləri ərazilər müxtəlif idi. Belə ki, Bakı, Qəbələ, Xaçmaz və digər bölgələrdə yerləşən müəssisə və obyektlər investorlar tərəfindən özəlləşdirilib.

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ilkin qiyməti 8 min 100 manat olsa da, sifarişçilərin bu əmlaka olan rəqabət və marağının yüksək olması qiyməti 15 min 200 manata yüksəldib.

Ümumi faydalı sahəsi 22kv.m, ilkin qiyməti 5 min 500 manat olan, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən dövlət əmlakı da hərracda rəqabət yaradıb

Həmin əmlaka edilən sifarişlərin çoxluğu obyektə edilən təklifi 6 min 500 manata qədər artırdı. Qəbələ rayonunun Nic kəndində yerləşən, 10 minkv.m-ə yaxın torpaq sahəsi, 500kv.m-ə yaxın ümumi faydalı sahəsi olan Əmlak kompleksi də hərracda özəlləşdirilib.

Bu əmlakın yenidən qurulması turizm sektorunda biznes fəaliyyətini mümkün edir.Qeyd edilməlidir ki, ərazi faktoru baxımından da uğurlu seçim olan belə əmlaklar gələcəkdə gəlirli xidmət obyekti kimi istifadə oluna bilər.

Müəssisə və obyektlərlə bərabər nəqliyyat vasitələri də hərraclarda əhalinin maraq dairəsindədir. Bu hərracda sifarişçi buraxılış ili 2008, yürüş məsəfasi 22500 km olan Hyundai TG markalı nəqliyyat vasitəsi üçün 12 minmanat ödəməklə avtomobil almaq arzusunu reallaşdırıb.

Keçirilən hərraclar cəmiyyətin müxtəlif əhali kateqoriyalarına geniş seçim imkanı verir. Belə ki, böyük investisiya tələb edən obyektlərlə yanaşı, az sərmayə ilə özəlləşdirilə bilən dövlət əmlakları da hərraca çıxarılır. Özəlləşdirilmiş müəssisələr yenidən qurulub investorlar üçün yüksək gəlir mənbəyinə çevrilməklə bərabər, ölkə üzrə məşğulluq səviyyəsinin artmasına səbəb olur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 12 iyun tarixində keçiriləcək.Bu hərracda da investorlar üçün maraqlı ola biləcək dövlət əmlakları mövcuddur. Belə ki, özəlləşdirilməyə müxtəlif sahələrə aid 177 dövlət əmlakı çıxarılıb.

Bunlardan 18-i səhmdar cəmiyyətləri, 96-sı kiçik dövlət müəssisə və obyekti, 58-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan əmlaklar barədə bütün məlumatlarÖzəlləşdirmə portalında(http://privatization.az) və Komitənin rəsmi saytında(http://stateproperty.gov.az)yerləşdirilir və mütəmadi olaraq yenilənir.Hərraca qatılmaq istəyən şəxslər portal üzərindən əmlakı seçib sifariş edə bilərlər.

İyunun ilk hərracı da rəqabətli keçib-


İyunun ilk hərracı da rəqabətli keçib-


İyunun ilk hərracı da rəqabətli keçib-


İnform.az

Baxış sayı: 32