Baş xəbər, Sosial
05.06.2018 / 11:15

AHİK nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edir- FOTO

AHİK nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edir-
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələrinin və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası keçirilir.

Tədbirin gündəliyinə Baş direktorun və İdarə Heyətinin sədrinin məruzələri, Konvensiya və Təvsiyələrin tətbiqi ilə bağlı məlumat və hesabatlar, Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı BƏT-lə səmərəli əməkdaşlığın həyata keçirilməsinə dair əsas müzakirə 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət” adlı BƏT-in Bəyannaməsinə əsasən sosial dialoqun və tripartizmin strateji hədəflərinə dair təkrar müzakirə və digər məsələlər daxildir.

Sessiyanın işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyətidə iştirak edir.

AHİK-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Möhbalıyev sessiyada çıxış edib.

AHİK sədri tədbir iştirakçılarını salamlayaraq BƏT-in Baş Direktoru Qay Rayderin ölkəmizə səfərindən məmnunluğunu ifadə edib və bildirib ki, bu səfər həmkarlar ittifaqları, həm də tərəfdaşlarımız üçün tarixi və çox önəmli bir görüş imkanı idi. Apardığımız hərtərəfli fikir mübadiləsi inanıram ki, gələcək fəaliyyətinizə öz töhvəsini verəcəkdir.

Hesab edirəm ki, 107-ci sessiyanın gündəliyində müzakirəsi nəzərdə tutulan məsələlər olduqca aktualdır və qarşımızda duran problemlərin həlli biz sosial tərəfdaşlardan daha çox diqqət və işguzarlıq tələb edir.

S.Möhbalıyev qeyd edib ki, hamımıza bəllidir ki, qloballaşma – müasir dünyanın inkişafında dönməz tendensiyadır. Onun nəticələri bu və ya başqa dərəcədə milyonlarla insanın həyatına təsir edir. Qloballaşmanın əsasında kapitalın, malların, xidmətlərin, texnologiyaların, informasiya və işçi qüvvəsinin dünyada daha çox sərbəst yerdəyişməsi dayanır. Beləliklə də inkişaf etmiş və inkişaf edən ölkələrin iqtisadiyyatı milli qapalılığını itirir, qlobal sistemin bir hissəsinə çevrilir.

Təəssüflər olsun ki, qloballaşma insanların planetdəki nəzarətsiz yerləşməsi, nəzarət edilməyən artımı, ətraf mühitin korlanması, sosial bərabərsizlik, aclıq, sosial ədalətsizliyin artımı, təbii və enerji ehtiyatlarının çatışmazlığı kimi problemlər də doğurur.

Hər bir dövlətdə insanların rifahı bir çox cəhətdən sosial sahədəki vəziyyətdən asılıdır. Məhz bu, sosial inkişaf yolunda cəmiyyətin irəliləməsinin göstəricisi (indikatoru) rolunu oynayır. Sosial sahənin uğurlara imza atması üçün milli və beynəlxalq səviyyədə müvafiq sosial siyasətin həyata keçirilməsi tələb olunur.

Biz həmkarlar ittifaqları olaraq qətiyyətlə ədalətli qloballaşmaya tərəfdarıq. Çalışırıq ki, hamının, o cümlədən qadınların və gənclərin tam, məhsuldar məşğulluğu, layiqli, ədalətli əməklə təmin olunmaları məsələləri bizim daxili, milli inkişaf strategiyamıza uyğun həllini tapsın.

Azərbaycan həmkarlar ittifaqları həm milli, həmdə beynəlxalq səviyyədə səlahiyyətləri daxilində öz imkanlarını Beynəlxalq Əmək Təşkilatının ədalətli qloballaşma naminə sosial ədalət haqqında Bəyannaməsində qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün səfərbərliyə alıb.

Bu istiqamətdə fəaliyyətimizə Sosial və İqtisadi məsələlər üzrə Milli Üçtərəfli Komissiyasının yaradılması da ciddi təsir göstərib.

AHİK sədri qeyd edib ki, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf yönümündə əhəmiyyətli dəyişikliklər baş verir. Aparılan genişmiqyaslı islahatlar, layiqli əmək şəraitinin təmin olunmasına yönələn addımlar əhalinin rifahının yaxşılaşdırılmasını şərtləndirir.

AHİK nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edir.

Ölkədə işçilərin sosial müdafiəsinin gücləndirilməsi, işəgötürən və işçi münasibətlərinin rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ötən ilin mart ayında müxtəlif dövlət qurumlarının, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlən) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin də daxil olduğu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmışdır. Komissiya uğurla fəaliyyət göstərir.

S.Möhbalıyev çıxışının sonunda bildirib ki, biz çoxmilli kapitalın nəhəng işəgötürənə çevrildiyi bir dünyada yaşayırıq. Kapitalın isə əmək bazarı və sosial ədalət problemlərinə spesifik münasibəti vardır. Milli işəgötürənlərdən fərqli olaraq kapitalın heç bir öhdəliyi yoxdur.

Həmkarlar ittifaqları qlobal səviyyədə transmilli şirkətlərdə sosial dialoqa oxşar münasibətlər qurmağa çalışır. BƏT qlobal əmək bazarında siyasətini formalaşdırarkən bu çağırışdan yan keçə bilməz.

Bir neçə ildir ki, biz bu barədə danışırıq və ümid edirik ki, bu dəfə problem «diqqət çəkəcək» və «yüzilliyin dialoqları»ndan birində müzakirə olunacaq.

Yekun olaraq bildirmək istəyirəm ki, biz tripartizm, sosial dialoq və sosial ədalət prinsiplərinə sadiqik. AHİK və onun üzv təşkilatları BƏT-inmodernləşdirilmə kursunu dəstəkləyir. BƏT-in 100 illiyi münasibətilə həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlərdə onun yanında olağacımızı bəyan edirik.

Qeyd edək ki, konfrans müddətində S. Möhbalıyev bir sıra görüşlər keçirilib.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Qay Rayderlə görüşü zamanı BƏT in Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluqla qeyd olunub.

Qay Rayder ötən ay Bakıda keçirilən“Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişaf və layiqli əməyin təbliği” mövzusunda keçirilən konfransın yüksək səviyyədə təşkilini bir daha qeyd edib.

Daha sonra BHİK-in baş katibi ŞaronBarrovla, Belarusiya Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Sergeyeviç Orda, Türkiyə Hak-İşHəmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmut Arslan, Uqanda Həmkarlar İttifaqlari Konfederasiyasının prezidenti UşerVilson, Rusiya Müstəqil Həmkarlar İttifaqlari Federasiyasının prezidenti Mixail Şmakov, Fransa Həmkarlar İttifaqlari Konfederasiyasının beynəlxalq əlaqələr üzrə katibi PierKoutaz iləgörüşən AHİK sədriəməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

AHİK nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edir-


AHİK nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edir-


AHİK nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edir-


İnform.az

Baxış sayı: 342