Ədəbiyyat
04.06.2018 / 17:20

Mikayıl Müşfiqin abidəsi ziyarət ediləcək- SABAH

Mikayıl Müşfiqin abidəsi ziyarət ediləcək-
Cari ildə 5 iyun tarxində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 ili tamam olur.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi haqqında” 17 may 2018-ci il tarixli Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyiİnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, iyunun 5-də saat 12:00-da Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə tanınmış mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti Mikayıl Müşfiqin Yasamal rayonunda yerləşən abidəsini ziyarət edəcək, büstü qarşısına gül qoyacaq.

İnform.az

Baxış sayı: 260