Maqazin
04.06.2018 / 16:18

Bu azərbaycanlı qız yenə rekord qırır - VİDEO

Bu azərbaycanlı qız yenə rekord qırır -
Nahidə Babaşlı adlı gənc ifaçı Yutub, İnstaqram və Feysbukda öz həzin səsi ilə yeni bir dalğa yaradıb.

İnform.az kult.az-a istinadən xəbər verir ki, daha öncə sosial şəbəkələrdə “Ay üzlüm” türk mahnısını ifa edərək diqqətləri üzərinə toplamağı bacaran Nahidə Babaşlı bu dəfə Haluk Leventin ifa etdiyi “Anlasana” mahnısı ilə dinləyicilərin sevimlisinə çevrilib.

Yerli və türk səhifələrdə paylaşılaraq izləyici kütləsinin marağını cəlb edən gənc ifaçının yeni mahnısı 3 gün ərzində 1 milyon baxış sayı qazanıb.

Qeyd edək ki, ifaçısının bundan öncə ifa etdiyi “Ay üzlüm” mahnısına 1 ay ərzində 18 milyon baxış olmuşdu.



İnform.az

Baxış sayı: 936