Hərbi, Qarabağ
04.06.2018 / 15:09

Azərbaycana keçmək istəyən erməni barədə yeni DETALLAR

Azərbaycana keçmək istəyən erməni barədə yeni
Azərbaycana keçmək istəyən şəxsin anası, onu psixatriya xəstəxanasına yerləşdirməyi xahiş edir.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, mayın 1-də Ermənistanın Tavuş vilayətinin Berd rayonunun sərhədyanı Verin Karmiraxpyur kənd sakini 1975-ci il təvəllüdlü "Q.Ç" öz köynəyini ağ bayraq kimi istifadə edərək, kənd yaxınlığındakı sərhəddi keçməyə cəhd edib.

Onun bu cəhdinin qarşısı erməni əsgərləri tərəfindən alınıb. Məlumata görə, 1991-ci ildə doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra Rusiyanın Ryazan şəhərində hərbi məktəbə qəbul olunub.

Uzun müddət Qazaxıstanda yaşayan şəxs, həm Qazaxstanın, həm də Ermənistanın vətəndaşıdır. Onun Bir ay yarım əvvəl anasının yaşadığı Verin Karmiraxpyur kəndinə gəldiyi qeyd olunur.

Faktla Ermənistan təhlükəsizlik xidmətinin hərbi kəşfiyyatı məşğul olur. Anası bir neçə dəfə müraciət edərək, olunun psixatriya xəstəxanasına yerləşdirilməsini xahiş etsə də, heç bir tədbir görülməyib.

Hazırda kənddə olan "Q.Ç"nin öz davranışları ilə kənd əhalisini qorxu içərisində saxladığı bildirilir.

İnform.az

Baxış sayı: 177