Hərbi, Araşdırma
04.06.2018 / 14:18

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi - ARAŞDIRMA

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -
Universal 120 mm "Nona"dan bəhs etmədən minaatan mövzusunda nəsə yazmaq doğru olmazdı.

Bu minaatanların uğurlu olmasının səbəblərini təkrarlamağa ehtiyac yoxdur. Lakin bir səbəbi səsləndirmək vacibdir. Bu sadə bir sistemdir, daha önəmlisi isə döyüş sursatlarının istehsalının olduqca ucuz başa gəlməsidir. Bu gün hərbi sənayesi az inkişaf edən ölkələr belə bu silahı yarada bilər. Lakin kiçik və orta çaplı minaatan istehsal edə bilsələr də, böyük çaplı istehsal üçün kifayət qədər yüksək sənaye və elmi potensial tələb olunur.

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -

Sovet silah istehsalçılarının çox böyük çaplı minaatanlar yaratmaq təcrübəsi göstərdi ki, minaatanın gücünü artırmaq yalnız sursatın gücünü artırmaqla mümkündür.

Müharibədən sonrakı yeniliklərdən danışarkən, dünyada konstruktorların üzləşdiyi çətinliklərə də toxunmaq lazımdır:

1. Minaatanın atəşi zamanı böyük yüklərə tab gətirəcək materialların olmaması.

2. Özüyeriyən minaatanlarda etibarlı şassi problemi.

Belə bir silah sistemlərinin yaradılmasının nəzəri cəhətdən mümkün versiyaları da davamlı materialların olmaması səbəbindən dayandırılırdı. Eyni zamanda iriçaplı və mobil bir "super minaatan"ın yaradılması bir çox konstruktorların əsas məqsədi olaraq qalırdı.

Belə bir problemin həllini fransızlar tapdı. Bəlkə də özləri belə bilmədən… 60-cı illərin əvvəllərndə Fransa Ordusu 120 mm "MO-RT-61" minaatanını silahlanmaya qəbul etdi.

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -

Bu məhsul haqqında ətraflı məlumat verməyə ehtiyac yoxdur. Lakin inqilabi yeniliklərə diqqət yetirməyə dəyər. İlk növbədə, minaatan "MO-RT-61" yivli lüləyə sahibdir və lülədən doldurulma prinsipini saxlayır! Bu sistemlərin minaları zavod yivlərinə sahibdir. Bundan əlavə, yeni minaatanlarda mina ilə birlikdə kənara atılan barıt yüklü xüsusi qurğudan istifadə edilir.

Belə bir minaatan təbii ki artilleriya bölmələrində heç də xoş qarşılanmadı. Razılaşaq ki, yivli mərmini kəsiklərə uyğun lüləyə yerləşdirmək, sadəcə lüləyə buraxılan digər məmilərdən daha çətin idi. Bu, həm atəş tezliyini azaldır, həm də heyətdən çox diqqətli olmağı tələb edirdi. Bundan əlavə, mərminin yenidən sabitləşməsi problemi də mövcud idi. Yüksək bucaq altında atəş açarkən minalar başı aşağı dönərək sabitləşə bilmirdi və nəticədə quyruğu üstə aşağı enirdi.

"Klassik" minanın əsas çatışmamazlığı nədən ibarətdir? Cavab paradoksaldır - elə minanın özündədir. Sursatın "lazımsız" hissələri və başlıq hissədəki partladıcı, partlayıcı vasitələr də özü tərəfindən uzaqlaşdırılır. Eyni zamanda, sabitləşdirici və ona qonşu olan korpus hissələri qəlpə vermir, onlar çox böyük olur və minanın sürətini azaldırdı. Beləliklə, mina işə düşdüyü anda əsas, səmərəli və sürətli mərmilər torpağa daxil olurdu. Sadə dillə desək, mina korpusunun üçdə biri ilə "real fəaliyyət" göstərirdi.

Sabitləşdirilən zavod-yivli minada isə partlayıcı maddə daha bərabər paylanır. Sınaqlar fransızların sursatının qəlpələrinin sayının 1,5 dəfə artdığını göstərdi.

Bundan başqa, sovet mühəndisləri böyük çaplarda boş yerə vaxt itkisini burda tapdılar. Yivli 120 mm minanın gücü və döyüş xüsusiyyətləri təxminən 152 mm-lik mərmilərin güçünə bərabər idi.

Burada məqalənin mövzusundan bir az kənara çıxmağa ehtiyac var. Ötən əsrin 70-ci illəri SSRİ Desant Qüvvələrinin yaradılmasının aktiv mərhələsi hesab olunur. Hərbi Desant Qüvvələrinin əfsanəvi Komandanı Marqelov fəal şəkildə desant hissə və birliklərinin döyüş tətbiqinə aid yeni metodlar tətbiq edirdi. Bundan başqa, komandanın fikrinə görə, yüksək hazırlıq keçmiş hərbi hissələr tam silah və texnika ilə silahlanaraq müstəqil şəkildə mürəkkəb döyüş tapşırıqlarını həyata keçirməyə qadir olmalı idilər.

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -

Məhz Marqelov Desant qoşunları üçün universal silahın perspektivini görür və onun bölmələr üçün desant variantında istehsalına nail olur. Yeri gəlmişkən, bu Marelovun "ata" olduğu yeganə məhsul deyil. "Fialka" (122 mm özüyeriyən haubitsa) və "Landış" (120 mm özüyeriyən minaatan) da onların arasında idi.

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -

122 mm-lik 2S2 "Fialka" hava desant diviziyasının özüyeriyən haubitsası və ya obyekt 924 silahlanmaya qəbul edilmədi. Bunun səbəblərindən biri, D-30 ballistik haubitsasından əldə edilən 2A32 topunun yüksək geri təpməsinə modifikasiya edilən BMD-1 şassisinin davam gətirə bilməməsi idi

2S2 "Fialka" şassisində quraşdırılan "Nona-D" özüyeriyən artilleriya haubitsasının prototipi. Eynilə, "Landış" minaatanında da belə görünə bilərdi...

"Landış" seriyaya keçmədi, layihə inkişaf səviyyəsində dayandırıldı. Lakin bəzi faydalı işlər görüldü.

1981-ci ildə "Nona" silahlanmaya qəbul edildi.

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -

Bu silahın hava desant bölmələrində görünməsi böyük bir coşğuya səbəb oldu. Həqiqətən, manevrli, BTR-D şassisində olan maşın əsl desant bölmələrinin maşını idi. Suda üzür, yolda BMD-dən geri qalmır və yüngüldür (ilk versiyada 8 ton). Qüllə +/- 35 dərəcə (rəsmi olaraq) çevrilir. Lakin, pnevmatik sistemin rezin borularını ayırsaq, qüllə tam 360 dərəcə dönəcək...

Adi silah kimi atəş açan bir top, zirehli hədəflərə qarşı kumulyativ mərmilər. Doğrudur, məsələn, tanklar ilə döyüşə çıxmaq, "Nona" üçün ölümə bərabərdir. Zireh və top desant üçün nəzərdə tutulub, yəni güllə onlara nüfüz etmir.

Top eyni zamanda haubitsadır! Sadə dildə desək, minaatan konvensional və fəal reaktiv mərmilərlə asma "haubtsa" trayektoriyası ilə atəş aça bilir. "Mortir" trayektoriyası ilə atəş açıldıqda top artıq minaatana çevrilir.

Üstəlik, "Nona" hər hansı bir istehsalçının minaları ilə atəş aça bilir. Yeri gəlmişkən, bu da Marqelovun şərtlərindən biri idi. Desant bölmələri düşmənin arxasında fəaliyyət göstərməli idi. Ən geniş istifadə edilən kalibrdə istehsal edilən "Nona" sinfinin ən dəqiq minaatanı idi.

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -

2006-cı il istehsalı "Nona-M"

Döyüş çəkisi - 8,8 t (2С9-1М)
Endirilmə zamanı çəki - 8,2 t
Ekipaj - 4nəfər
Zireh - 16 mm, alüminium
Mühərrik gücü - 240 a.g.
Sürət - 60 km / saat
Suda sürəti - 9 km / s
Ehtiyat məsafəsi - 500 km

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -

Silahlanması - yivli, yarım avtomatik 120 mm 2A51M top-haubitsa-minaatan
Sursat dəsti - 40 ədəd
Endirilmə zamanı - 25 ədəd
Atəş açma vaxtı - 0,5-0,9 dəq

Ekipaj tankdakı kimi çılız olmayacaq.

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -

Özüyeriyən "Nona" 2C9 silahının müvəffəqiyyəti silahın digər yedəkdə çəkilən versiyasının inkişafını sürətləndirdi

Variant, demək olar ki, "Nona-S" ilə eynidir, lakin fərqli bir adla - 2B16 "Nona-K".

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -

Diqqətli oxucu dərhal addakı uyğunsuzluğu hiss etdi. Əsasən, yedəkdə çəkilən sistemlər "B" təyinatına sahib olurlar, burada isə "K" göstərilir. "Nona"nın yedəkdə çəkilən versiyası 1986-cı ildə qəbul edilib.

Biz "Nona" sözünün izahını uzun müddət axtarırdıq. Bir çox variantlar mövcuddur, lakin 100% dəqiq cavab yoxdur. Ən inandırıcısı məxfilik baxımından bu ad seçilib. Bu yalnız bizim fikrimizdir.

Bundan başqa, "Nona" piyada bölmələrə də verildi. Quru qoşunları öz zirehli vasitələrinin xüsusiyyətlərini nəzərə alaraq, özləri üçün digər "Nona" variantını sifariş etdi. Top-haubitsa-minaatan BTR-D-dən BTR-80-yə "daşındı". Bu variantda 2C23 "Nona-SVK" adlanır. Buna görə, onun statusu da dəyişdi və taborun özüyeriyən artilleriya silahı adlandırıldı. 1991-ci ildə silanlanmaya qəbul edildi.

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -

2C23 "Nona"nın yedəkdə çəkilən versiyası da var. Bu gün bu silah artıq Fövqəladə Hallar Nazirliyində də görünə bilər. Helikopterlə daşına bilən yüngül vasitədən dağlarda və tayqada yanğınsöndürmədə uğurla istifadə olunur. 2C23 "Nona-M1" maşınlarından çaylarda buz tıxanmalarının aradan qaldırılmasında istifadə edirlər. Ümumiyyətlə, universal silahlar haqqında danışırıqsa, "Nona"nı yaxşı olardı ki, "Həvva" adlandırsınlar. Sinfində birinci gözəl vasitə olduğuna görə. Artıq "körpə" qızı da var.

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -

Doğrudur,"qızın" adı ənənəvi deyil - "Vena". Tam adı - 120 mm 2C31 "Vena" özüyeriyən artilleriya topu. Silah 2010-cu ildən istismar edilir.

Yeni topun"Nona"dan əsas fərqi avtomatlaşdırılmasındadır. Maşında bütün kompleksi idarə edən bir kompüter var. Praktiki olaraq sistem avtomatik rejimdə işləyir. Hədəf barədə telekod kommunikasiya kanalları vasitəsilə komandanın qəbulundan topun hədəfə yönləndirilməsinə qədər bütün proseslər avtomatik rejimdə baş verir. Bundan əlavə, kompleks atəşdən sonra da tuşlamanı nəzarətdə saxlayır.

Universal minaatan: Nona xala ilə Vasili dayının ölümcül ailəsi -

2C31-də ekipajın fəaliyyətinə kömək edən bir sıra sistemlər var. Bunlara silahın topoqrafik bağlanması sistemi, kəşfiyyat və hədəf təyinat sistemləri, hədəf məsafəsinin avtomatik olaraq təyin edən lazer məsafəölçəni və s. daxildir. Eyni zamanda mexaniki idarəetmə imkanları tam şəkildə saxlanılıb. 2S31 indi BMP-3 şassisi üzərindədir. Bu, sursat dəstini 70-ə qədər artırmaqla yanaşı, atəşdən sonra korpus dalğalanmasını tez bir zamanda aradan qaldırmaq üçün yeni bir mexanizm yaratmağa imkan verdi. Nəticədə nişangahı dəyişdirmədən bir neçə dəfə atəş açmaq mümkün olub.

Döyüş çəkisi- 19.8 t
Ekipaj- 4 nəfər
Silahlanma- 2A80 topu, PKTM pulemyotu
Sursat dəsti - 70 ədəd
Mühərrik gücü - 450 a.g.
Quruda sürəti - 70 km / saat
Suda - 10 km / saat
Ehtiyat məsafə - 600 km.
Hava desant qoşunları motoatıcıların yolu ilə gedərək "Objimka" variantında "Vena"nı tələb edirlər. Yalnız quru qoşun variantından fırqli olaraq "Vena"nı BMD-3-ə "nəql etmək" istəyirlər. Buna görə bir ad gününü gözləyirik.

Universal silahların potensialı yalnız indi ortaya çıxır. Xüsusilə belə silahlar üçün hazırlanan son sursatları nəzərə alsaq, bu silahın gələcəyi olduqca ümidvericidir/ordu.az

Baxış sayı: 245