İqtisadiyyat, Sağlamlıq
04.06.2018 / 12:50

Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir - FOTO

Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir -
Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir.

İnform.az Azərbaycan Dəmir Yolları QSC-in Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, bu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan Biləcəri mərkəzi dəmir yolu xəstəxanasının doğum şöbəsi və 2 saylı Bakı dəmir yolu poliklinikası əsaslı təmirdən sonra istifadəyə verilib.

Tədbirdə Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov iştirak edib. Bildirilib ki, son üç il ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin həyatında da yeni dönəm başlayıb. Yeni-yeni beynəlxalq və regional layihələr uğurla icra olunur, infrastruktur yenilənir, yenidənqurma işləri davam edir.

Dəmir yolunun bütün sahələrində olduğu kimi, Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri də yenidən qurulur, dəmiryolçulara və onların ailə üzvlərinə nümunəvi tibbi xidmət göstərmək üçün yeni tibbi avadanlıqlar alınır.

Sonra tədbir iştirakçıları əsaslı təmir olunan Biləcəri mərkəzi dəmir yolu xəstəxanasının doğum şöbəsi və 2 saylı Bakı dəmir yolu poliklinakasına baxış keçiriblər.

Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir -


Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir -


Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir -


Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir -


Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir -


Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir -


Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir -


Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir -


İnform.az

Baxış sayı: 44