Gündəm, Hüquq
04.06.2018 / 11:40

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyunun 1-dək olan müddətdə şəhər ərazisində 9 evdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıblar.

​DİN-in Mətbaut xidmətindən İnform.az-a verilən məlumata görə, araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları 3 metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib və maddi sübutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.

​Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 60