Diaspora Akademiyası, Mədəniyyət
04.06.2018 / 10:45

Albaniya Prezidenti və sabiq prezidentlərin AXC-nin 100 illiyi münasibətilə videomüraciəti- VİDEO

Albaniya Prezidenti və sabiq prezidentlərin AXC-nin 100 illiyi münasibətilə videomüraciəti-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə videomüraciət ünvanlayıb.

Bu barədə İnform.az-a Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Mərkəzin həmsədrləri Vara Vike-Freyberqa, İsmayıl Serageldin, habelə Albaniya Prezidenti İlir Meta, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Ukraynanın keçmiş dövlət başçısı Viktor Yuşşenko, İsrailin sabiq dövlət başçısı Dalia İtzik, Xorvatiyanın sabiq dövlət Başçısı İvo Josipoviç, Bosniya və Hersoqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşşenko videoçarxda Azərbayan xalqına təbriklərini çatdırıblar.

Videomüraciətdə Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olması xüsusi vurğulanıb.

Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinə sürətlə inteqrasiya etdiyi, qısa vaxtda böyük inkişaf yolu keçdiyi qeyd olunub.




İnform.az

Baxış sayı: 734