Gündəm, Hüquq
04.06.2018 / 10:00

Tapdığı salah-sursatı polisdən gizlətmək isdədi... - FOTO

Tapdığı salah-sursatı polisdən gizlətmək isdədi... -
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İnform.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan Vaqif Hüseynov şəhər ərazisində şübhəli şəxs qismində saxlanılıb və Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla lüləsi kəsilən odlu silah və əlində olan sellofan torbadakı qutunun içərisindən 357 ədəd pulemyot gülləsi və 20 ədəd 7,62 mm-lik avtomat Kalaşnikov gülləsi aşkar olunaraq götürülüb. İlkin ifadəsində o silah-sursatı çayda balıq tutarkən oradan tapdığını və gizlətmək üçün yaşadığı evə apardığını bildirmişdir.

Faktla bağlı ŞPŞ-də araşdırma aparılır.

Tapdığı salah-sursatı polisdən gizlətmək isdədi... -


İnform.az

Baxış sayı: 46