Maraqlı
04.06.2018 / 09:30

Öz avtomobilində dəfn edilən adam KİMDİ?(Video)

Öz avtomobilində dəfn edilən adam
Çinin Şimalında yerləşən Hebei əyalətində maraqlı hadisə baş verib.

İnform.az axşam.az istinadən xəbər verir ki, Qi soyadlı bir kişi ölümündən öncə son vəsiyyətində öz sevimli avtomobilində torpağa tapşırılmasını vəsiyyət edib.

Mərhumun son vəsiyyətini yerinə yetirmək qərarına gələn qohumları onu gümüşü rəngli "Hyundai Sonata" markalı avtomobili ilə dəfn ediblər.

Qinin yaxınlarının sözlərinə görə, buna səbəb onun gənc yaşlarından avtomobilə olan sevgisidir.

Mərhumun meyiti avtomobilin salonuna yerləşdirildikdən sonra ekskavatorun köməkliyi ilə avtomobil məzara endirilib.

İnform.az

Baxış sayı: 69