Dünya, Siyasət
02.06.2018 / 10:49

İki supergüc görüşə hazırlaşır- Yenə Bakı seçilir?

 İki supergüc görüşə hazırlaşır-
ABŞ Baş Qərargah rəisi Cozef Danfordla Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş baş tuta bilər.

İnform.az axar.az-ın məlumatına istinadən xəbər verir ki, bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb.

Qəzet görüşün ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında mümkün danışıqlardan öncə baş tutacağını bildirib.

Gerasimovla Danford arasında əsasən Suriya konfliktinin müzakirə ediləcəyini bildirib.

Qeyd edək ki, Danfordla Gerasimov arasında bundan öncəki görüş keçən ilin sentyabrında Bakıda baş tutub.

İnform.az

Baxış sayı: 127