Maraqlı
02.06.2018 / 10:39

Dünyanın ən iri mirvarisi “Yatmış şir” hərracda satılb

Dünyanın ən iri mirvarisi “Yatmış şir” hərracda satılb
Dünyanın ən iri mirvarilərindən olan “Yatmış şir” mirvarisi hərracda 374 min dollara satılıb.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, çəkisi 120 qram, uzunluğu 7 santimetr olan mirvari 18-ci əsrin əvvəllərində Çində tapılıb.

Formasına görə yatmış şiri xatırladan mirvari indiyədək şirin su hövzəsində tapılmış ən böyük mirvari hesab olunur.

Qeyd olunur ki, bu mirvari 1778-ci ildə Rusiya imperatriçası II Yekaterinaya hədiyyə olunub.

İnform.az

Baxış sayı: 497