Hərbi
01.06.2018 / 15:45

1 ədəd 122 mm-lik raket (9M22U) aşkar olunub- Xızıda(Foto)

1 ədəd 122 mm-lik raket (9M22U) aşkar olunub-
2018-ci il 01 iyun tarixində saat 11:23-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:40-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Xızı rayonu, Sitalçay kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

İnform.az ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı rayon Polis şöbəsinin əməkdaşları məlumatlara əsasən dərhal həmin əraziyə göndəriliblər.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 122 mm-lik raket (9M22U) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

1 ədəd 122 mm-lik raket (9M22U) aşkar olunub-


1 ədəd 122 mm-lik raket (9M22U) aşkar olunub-


1 ədəd 122 mm-lik raket (9M22U) aşkar olunub-


İnform.az

Baxış sayı: 83