Rəsmi, Baş xəbər
31.05.2018 / 18:30

Prezident ilham Əliyev yeni Sərəncam imzalayıb

Prezident ilham Əliyev yeni Sərəncam imzalayıb
Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib.

İnform.az-ın məlumatına görə, Prezident İlham Əliyev Ceyhun Valeh oğlu Məmmədovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ceyhun Məmmədov 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. Xəzər Universitetini bitirib.

İlahiyyat üzrə fəlsəfə doktorudur. O, bu təyinata qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.

TƏHSİLİ

1991/1994 - Suriya Ərəb Respublikası, Əbu Nur İslam Kompleksi, Dəvət və İrşad institutu

1994/1998-
Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi İslama dəvət fakültəsi, ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsi

2000/2002- Azərbaycan Respublikası, Xəzər Universiteti, Humanitar fənlər fakültəsi, Ərəb dili üzrə magistratura dərəcəsi

2004/2007- AMEA-nın Məhəmməd Füzula adına Əlyazmalar İnstitutu, dissertant, ilahiyyat üzrə fəlsəfə doktoru

İŞ TƏCRÜBƏSİ_


1998/2001
İrşad İslam Araşdırmaları Mərkəzi, tərcüməçi, referent

2001/2002-
Azərbaycan Respublikası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ bölgəsi üzrə şöbədə baş mütəxəssis

2002/2006- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dinşünaslıq ekspertizası bölməsinin müdiri

2007/2012, 2012/2013, 2013/2014 -
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri, “Dövlət və din” ictimai fikir toplusu, redaktor Avrasiya tərcümə mərkəzi, tərcüməçi AMEA-nın Şərqşünaslıq institutu, Din və ictimai fikir tarixi şöbəsi, böyük elmi işçi

2015-ci ildən bu günə kimi AR Prezidentinin Administrasiyası, Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, böyük məsləhətçi

2017/2018- Azərbaycan Dillər Universiteti, müəllim.

İnform.az

Baxış sayı: 265