Hüquq
31.05.2018 / 14:35

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyəti ilə Penitensiar xidmətdə görüş keçirilib- FOTO

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyəti ilə Penitensiar xidmətdə görüş keçirilib-
Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Müdafiə işləri üzrə koordinatoru Byorn Oliver Ram və Müdafiə işləri üzrə nümayəndə Yevgen Korotkeviç Ədliyyə Nazirliyi Penitensiar Xidmətində qəbul ediliblər.

Qonaqları salamlayan rəis müavini vəzifəsini icra edən ədliyyə polkovniki Ağəli Xəlilov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə keçirilən işgüzar görüşlərdə aktual məsələlərin mütəmadi müzakirəsini müsbət dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, BQXK tərəfindən verilən bütün tövsiyələr Xidmətin aidiyyəti idarə və şöbələri tərəfindən hər zaman müzakirə edilir və bununla bağlı zəruri tədbirlər həyata keçirilir.

Penitensiar xidmətin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq sahəsində nəzərə çarpacaq müsbət dəyişikliklərin əldə olunduğu, beynəlxalq qurumların nümayəndələrinin mütəmadi olaraq cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olduqları bildirilmişdir. Xüsusilə vurğulanmışdır ki, beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası davam etdirilir, eyni zamanda fəaliyyətdə olan bütün cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əsaslı yenidənqurma, təmir-tikinti və abadlıq işləri həyata keçirilir.

Görüş zamanı BQXK-nın nümayəndəsi Byorn Oliver Ram ölkəmizdə çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə əməkdaşlığın səmərəli olduğunu vurğulamış və tövsiyələrə dərhal reaksiya verilməsindən məmnun qaldığını bildirib.

Daha sonra məhkumlara göstərilən psixoloji yardımın səviyyəsini artırmaq, cəza çəkənlərin vaxtından əvvəl azad olunma institutunun beynəlxalq təcrübəsini öyrənmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə xidmət əməkdaşları üçün yeni treninq-məşğələlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyəti ilə Penitensiar xidmətdə görüş keçirilib-


İnform.az

Baxış sayı: 235