İdman
31.05.2018 / 15:10

Hər yarışdan qələbəylə

Hər yarışdan qələbəylə
“Zirvə” idman klubunda ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə və Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş pauerliftinq üzrə beynəlxalq turnir keçirilib.

Yarışda yerli idmançılarla yanaşı, xarici olkələrdən olan atletlər də baş mükafat uğrunda mübarizə aparıblar. Millimizin heyətində güclərini sınayan daxili işlər orqanlarının idmançı əməkdaşları yüksək nəticələr əldə ediblər.

Belə ki, yarışda 6 qat dünya, 5 qat Avropa, eləcə də bir sıra beynəlxalq turnirlərin qalibi İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı Kamil Qafarov çəkisi 90 kiloqramadək olan idmançılar arasında bench press (ştanqı sinədən qaldırma) hərəkətində 215 kiloqram çəkinin öhdəsindən gələrək fəxri pillənin ən yüksək pilləsinə qalxmağı bacarıb.

Hər yarışdan qələbəylə


Hər yarışdan qələbəylə


Hər yarışdan qələbəylə


Mahir Məsimov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 234