Mədəniyyət
31.05.2018 / 12:30

Latviya rəssamının Qarabağ atlarına həsr etdiyi tablolardan ibarət sərgi açılıb- FOTO

Latviya rəssamının Qarabağ atlarına həsr etdiyi tablolardan ibarət sərgi açılıb-
Mayın 30-da Azərbaycan Mədəniyyət Nazirliyi, Latviyanın ölkəmizdəki səfirliyi və “AGA Group” şirkətinin dəstəyi ilə Muzey Mərkəzinin İncəsənət Qalereyasında Latviya rəssamı Datse Ştrausanın “Canlı miras” adlı sərgisi açılıb.

Sərgi Azərbaycan Xalq Cümhuriyyətinin və Latviya Respublikasının yaradılmasının 100 illik yubileylərinə həsr olunub. Bu baxımdan, Latviya rəssamının azadlıq və nəcibliyin təcəssümü olan milli rəmzlərdən birini – Qarabağ atlarını sərginin mövzusu kimi seçməsi heç də təəccüblü deyil.

Tədbiri açan Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs sərgi salonuna toplaşanların diqqətinə çatdırıb ki, mədəniyyət sahəsində Azərbaycan və Latviya arasında sıx əlaqələr mövcuddur. O, Datse Ştrausanı fərdi sərgisinin açılması münasibətilə təbrik edib, rəssama uğurlar diləyib.

Mədəniyyət Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə qeyd edib ki, bu ekspozisiyanın əsas xüsusiyyəti onun tematikası ilə bağlıdır. Rəssam bu nəcib heyvanın obrazını böyük ustalıqla kətan üzərinə köçürüb, Qarabağ at cinslərini bütün ecazkarlığı ilə təsvir edib.

Datse Ştrausa göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və qonaqlara təşəkkür edib. Diqqətə çatdırıb ki, iki ildir Azərbaycanda yaşayır və ölkəmizi özünün ikinci vətəni hesab edir. Gəldiyi ilk gündən atlara olan sevgisi sayəsində atçılıqla məşğul olan insanlarla ünsiyyət qurub, Qarabağ at cinsinə xüsusi diqqətlə yanaşıb. Məhz bu maraq onun fırçasından çıxan gözəl rəsm əsərlərinin ilham qaynağı olub.

Qeyd edək ki, ekspozisiya 29 tablodan ibarətdir. Datse Ştrausa öz rəsmlərində bu güclü və əsrarəngiz heyvanların yaşaya biləcəyi hisslərin və emosiyaların zəngin çalarlarını əks etdirib. Elə bu səbəbdən onlar sənətsevərlərin böyük marağına səbəb olub.

Sərgi iyunun 4-dək davam edəcək.

Latviya rəssamının Qarabağ atlarına həsr etdiyi tablolardan ibarət sərgi açılıb-


Latviya rəssamının Qarabağ atlarına həsr etdiyi tablolardan ibarət sərgi açılıb-


Latviya rəssamının Qarabağ atlarına həsr etdiyi tablolardan ibarət sərgi açılıb-


Latviya rəssamının Qarabağ atlarına həsr etdiyi tablolardan ibarət sərgi açılıb-


Latviya rəssamının Qarabağ atlarına həsr etdiyi tablolardan ibarət sərgi açılıb-


İnform.az

Baxış sayı: 45