Gündəm, Hüquq
31.05.2018 / 12:32

Avtomobildən oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb

Avtomobildən oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, dərhal hadisə yerinə gələn Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mayın 26-dan 29-dək olan müddətdə A.Məhərrəmov küçəsində Ramiz Ramazanova məxsus “Volkswagen” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə mobil telefon, içərisində geyim və ərzaq məhsulları olan 2 ədəd çantanın oğurlandığı müəyyən edilib.

​Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfəri qısa müddətdə müəyyən edərək saxlayıblar. Araşdırmalarla onların Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Muxtarov və Abşeron rayon sakini Məhərrəm Süleymanov olduqları məlum olub.

​Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 188