Sosial
31.05.2018 / 10:29

İki yolda hərəkət məhdudlaşdırılır - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

İki yolda hərəkət məhdudlaşdırılır -
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Sabunçu rayonu, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu üzdən sözügedən yollar boyu hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən qeyd olunan müddət ərzində həmin istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

İnform.az

Baxış sayı: 74