Gündəm, Hüquq
31.05.2018 / 09:54

Sabirabad sakinindən narkotik götürülüb

Sabirabad sakinindən narkotik götürülüb
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

​DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan İnform.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Əsgərbəyli kənd sakini, 32 yaşlı Əhməd Əbilov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 475 qram olan qurudulan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 215