Hərbi
31.05.2018 / 08:30

"1 ədəd heç bir hərbi təyinatı olmayan metal parçası aşkar olunub"- ANAMA

"1 ədəd heç bir hərbi təyinatı olmayan metal parçası aşkar olunub"-
2018-ci il 30 may tarixində saat 18:19-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 18:27-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xəzər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Xəzər rayon Polis şöbəsinin əməkdaşları qeyd olunan ərazidə Bakavtomat yolunun kənarında məişət tullantıları sahəsinə baxış keçiriblər.

Aparılan təxirəsalınmaz operativ əməliyyat-- axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd heç bir hərbi təyinatı olmayan metal parçası aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Metal parçasının tapıldığı yerin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

İnform.az

Baxış sayı: 76