İdman
31.05.2018 / 09:00

Avropa Altetika Federasiyasının pezidenti Svein Arne Hansen və baş icraçı direktoru Christian Milz Bakıda işgüzar səfərdədirlər- FOTO

Avropa Altetika Federasiyasının pezidenti Svein Arne Hansen və baş icraçı direktoru Christian Milz Bakıda işgüzar səfərdədirlər-
Qonaqlar Azərbaycanda atletika idman növündə fəallığı və təbliği ilə yaxından tanış olmaq üçün qonaqlar müxtəlif idman obyektlərini və qurumlarını ziyarət ediblər.

Məlumata görə, 28 maydan ölkəmizdə səfərdə olan AAF-ın prezidenti Svein Arne Hansen və baş icraçı direktoru Christian Milzilk görüşü Bakı Olimpiya Stadionunda olublar.

MOK-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Azərbaycandakı idman qurğuları ilə yaxından tanış olan qonaqlara Bakı 2015 Avropa Oyunları, Bakı 2017 İslam həmrəyliyi Oyunları kimi mötəbər tədbirlərin atletika yarışları bu stadionda keçirildiyi qeyd edilib.

Daha sonra rəsmilər Azərbaycan Atletika Federasiyası ilə görüşüblər.

Onlar federasiyanın fəaliyyəti və strukturu ilə yaxından tanış olub, atletika idman növünün gəclər arasında inkişaf yollarını müzakirə etmişdilər. Həmçinin, görüş çərçivəsində Avropa rekordçusu üç təkanla tullanma idman növündə mübarizə aparan Nazim Babayevlə tanış olublar.

Gənclər və İdman naziri Azad Rəhimov qonaqları qəbul etmişdir. Görüş zamanı müxtəlif mühüm məsələlər müzakirə olunub.

Növbəti görüş Milli Olimpiya Komitəsi ilə olmuşdur. İclasda Azərbaycanda Atletika idman növünə maraq və təbliği, xüsusilə MOK-un bu sahədə gördüyü işlər ilə yaxında tanış olundu.

“KIDs Athletics”,“Olimpiya Hərəkatı”, “LEAP 2017”, “Michel Johnson Performance” və digər təbliğ edici layihələrin əhəmiyyəti, son illərdə idmana olan marağın artmasından danışıblar.

Bu layihələrin təkcə gəncləri idmana marağın genişləndirilməsi ilə yanaşı, məşqçi, hakim və digər texniki heyətin bilik və bacarıqlarının artırılmasında rolunu qeyd ediblər.

Sonda AAF-ın prezidenti Svein Arne Hansen və baş icraçı direktoru Christian Milz Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüblər.

Avropa Altetika Federasiyasının pezidenti Svein Arne Hansen və baş icraçı direktoru Christian Milz Bakıda işgüzar səfərdədirlər-


İnform.az

Baxış sayı: 290