Hərbi
30.05.2018 / 16:30

“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Samux şəhərində keçirilib - FOTO

“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Samux şəhərində keçirilib -
“Vətən uğrunda” səyyar təşviqat dəstəsi cəbhənin ön xəttində xidmət keçən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq məqsədilə “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif regionlarında davam etdirir.

MN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, növbəti kütləvi-vətənpərvərlik tədbiri Samux rayonu icra hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Samux şəhərində Heydər Əliyev parkında keçirilib.

İctimaiyyətlə ordumuz arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən layihə çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə videoçarx nümayiş etdirilib. Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, bu cür tədbirlərin keçirilməsinin məqsədi Vətəni qorumağa hər an hazır olan vətənsevər gəncləri yetişdirmək, onlarda milli və hərbi vətənpərvərlik ruhunu gücləndirməkdir.

Sonra videobağlantı vasitəsilə və yazılı şəkildə Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə xoş arzular çatdırılıb.

“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Samux şəhərində keçirilib -


“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Samux şəhərində keçirilib -


“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Samux şəhərində keçirilib -


İnform.az

Baxış sayı: 456