Sosial
30.05.2018 / 17:00

Vergilər Nazirliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirib

Vergilər Nazirliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirib
Dünən Vergilər Nazirliyinin təşəbbüsü ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində valideyn himayəsindən məhrum olan, qayğıya ehtiyacı olan məktəblilər, eləcə də tədris ilində yüksək nəticələr əldə edən şagirdlər üçün Bakının ticarət mərkəzlərinin birində tədbir keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən İnform.az-a verilən məlumata görə, tədbir öncəsi vergilər nazirinin müşaviri Elçin Məmmədov onları bu əlamətdar gün münasibətilə təbrik edib, onların cəmiyyətə fəal inteqrasiyası üçün dövlət tərəfindən həyata keçirilən işlər barədə danışıb. Qeyd edilib ki, Vergilər Nazirliyi öz sosial məsuliyyət strategiyası çərçivəsində uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlərə dəstək verir.

Sonra ticarət mərkəzində yerləşən kinoteatrda uşaqlar üçün azərbaycan dilində peşəkar dublyaj olunmuş cizgi filmi nümayiş olunub və onların istirahəti və əylənməsi üçün müxtəlif tədbirlər təşkil edilib.

İnform.az

Baxış sayı: 260