Hərbi
30.05.2018 / 13:00

"Orbiter 1K" bazalı "Zərbə": Azərbaycanın ilk milli kamikadze PUA-sı - HƏRBİ EKSPERT

"Orbiter 1K" bazalı "Zərbə": Azərbaycanın ilk milli kamikadze PUA-sı -
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində digər hərbi təyinatlı məhsulların istehsalı ilə bərabər, taktiki-texniki parametrli müxtəlif sinifli pilotsuz uçuş aparatlarının yaradılması, istehsalı, həmçinin texniki qulluq göstərilməsi istiqamətində ardıcıl planlı işlər davam etdirilir. Təcrübi-konstruktor işləri başa çatdıqdan sonra məhsulların istehsalı həyata keçirilir. O cümlədən pilotsuz uçuş aparatlarının texnoloji proseslərə uyğun istehsalı işləri də görülür.

"Orbiter 1K" bazalı "Zərbə": Azərbaycanın ilk milli kamikadze PUA-sı -

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin "AZAD Systems" müəssisəsi "Orbiter 1K"nın bazasında, yeni milli kamikadzeni - "Zərbə" PUA-sını 2015-ci ildə ilk dəfə Paris aviasalonunda nümayiş etdirdi. Öz prototipindən manevr imkanlarını artırmaq üçün daha geniş qanada və döyüş başlığının bütün hissədə çəkisini kompensasiya etmək üçün nisbətən böyük fyuzelaja sahib olması ilə fərqlənən "Zərbə" PUA-sı ilk yerli kamikadze hesab olunur.

Haşiyə: "Orbiter 1K"


"Orbiter 1K" PUA-sı partlayıcı yük daşımaq üçün uyğunlaşdırılan gövdəyə malikdir və özünü döyüş əməliyyatlarında müsbət tərəfdən göstərən əvvəlki aparatların yaxşı cəhətlərini özündə birləşdirir. "Orbiter 1K" ən az çəkiyə, geniş qanad açılımına, böyük fəaliyyət radiusuna və yükdaşıma xüsusiyyətinə malikdir. Cəmi 30 sm yüksəkliyi və 1 metr uzunluğunda olan mini PUA-nın qanad açılımı 2.2 metrdir. 5500 metr yüksəklikdə və 50 km radiusda kəşfiyyat xarakterli vəzifələri yerinə yetirə bilir. 6.5 kq çəkisi olan "Orbiter 1K" 1.5 kq faydalı yüklə 140 km/saat maksimal sürət toplaya bilir. Uçuş müddəti 2-3 saatdır. Bütün görüntülər və əldə edilən video və telemetrik kəşfiyyat məlumatları 12 saatlıq həçmə malik sərt diskə (bu funksiya digər modellərdə əvəz edilib) yazılır.

"Orbiter 1K" bazalı "Zərbə": Azərbaycanın ilk milli kamikadze PUA-sı -

Bu PUA-lar hərbi məqsədlər, quruda, dənizdə və havada kəşfiyyat vəzifələrinin yerinə yetirmək üçün nəzərdə tutulub.

"Orbiter 1K" PUA-larının uçuşu avtomatik idarəetmə sistemi ilə təchiz olunub və çox sadədir.

"Orbiter 1K" aşağıdakı texniki imkanlara malikdir:

- Kiçik hədəflərə məsafədən zərbə imkanı;
- 1-2 kiloqrama qədər xüsusi yük (partlayıcı) daşımaq imkanı;
- Mini EO/IR cihazlarından ibarət kameraların quraşdırılma imkanı;
- Havaya buraxılmanın müxtəlif sadə üsulları;
- Avtomat paraşüt və təhlükəsizlik yastığı;
- Aşkar edilən görüntülərin yüksək HD formatda onlayn ötürülməsi;
- Analoq və rəqəmsal kommunikasiya üçün nəzərdə tutulan orta mənzilli konfiqurasiya;

- Sistem sənaye standartlarına, o cümlədən video axını üçün H.246, idarəetmə üçün isə NATO-nun STANAG 4586 standartlarına tam uyğun gəlir.

Bu tip PUA- lar Azərbaycandan başqa İsrail, İrlandiya, Finlandiya, Meksika, Peru, Polşa, Sebiya, ABŞ, İngiltərə, Tailland ordularında da istifadə edilir.

Bir çox xarici kütləvi informasiya vasitələri "Orbiter 1K" PUA-larının "Orbiter 2" əsasında hazırlandığını iddia etsə də, lisenziya sahibi "Aeronautics Defense Systems" (ADS) şirkəti həmin PUA-ların fərqli olduqlarını və müxtəlif texniki göstəricilərə malik olduqlarını bildirirlər.

"Orbiter 1K" bazalı "Zərbə": Azərbaycanın ilk milli kamikadze PUA-sı -

PUA-ların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda standart kamera və parlayıcı yüklə bərabər xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra "Zərbə" pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir.

"Orbiter 1K" bazalı "Zərbə": Azərbaycanın ilk milli kamikadze PUA-sı -

Yeni PUA-nın burun hissəsindəki döyüş yükü kütləsinin kompensasiya edilməsi üçün fyuzelajın genişləndiyi, manevr qabiliyyətinin yüksəldilməsi üçün isə qanad açılımının artırıldığı ehtimal olunur. "Zərbə" PUA-ları təyin edilən rayonda hədəfləri günün istənilən vaxtında aşkar edir, izləyir və məhv edir. Gəzən sursatlar düşmənin canlı qüvvəsini, sabit və hərəkətli yüngül zirehli texnikasını sıradan çıxarmaq üçün nəzərdə tutulur.

"Orbiter 1K" bazalı "Zərbə": Azərbaycanın ilk milli kamikadze PUA-sı -

"Zərbə" PUA-ları avtomatik idarəetmə sisteminə malik avionika ilə təmin edilib ki, bu da operator tərəfindən idarə edilərək sursatla proqramlaşdırılan trayektoriyanın istənilən nöqtəsinə zərbə endirməyə imkan verir. Buraxılış katapultdan həyata keçirilir. Aşağı səsə malik elektrik mühərrikli "Zərbə"ni yerdən aşkar etmək asan deyil. Hədəf aşkarlanmadıqda PUA-nın uçuşu dayandırılaraq geriyə bazaya və ya təyin olunan nöqtəyə qaytarılır. Burada isə paraşütdən və yastıqdan istifadə etməklə enmə həyata keçirilir. Yolsuzluq şəraitində yüksək imkanlara malik zirehli ərazi avtomobillərinə quraşdırılan və "K1-Zərbə" adını alan kompleks, əməliyyat planlaşdırılan ərazilərə operativ şəkildə çatdırılaraq gözlənilmədən meydana gələn təcili tapşırıqları yerinə yetirməyə imkan verir.

"Orbiter 1K" bazalı "Zərbə": Azərbaycanın ilk milli kamikadze PUA-sı -

Artıq Silahlı Qüvvələrimizin birləşmələri digər silahlı pilotsuz uçuş aparatları sinifindən olan aparatları silahlanmaya qəbul etməyə hazırlaşır. İstənilən yeni bir silah və ya sistemin silahlanmaya qəbul edilməsi, beynəlxalq sərgilərdə marağa səbəb olması irəliyə doğru atılan vacib bir addım hesab olunur. Bəzi bədnam qonşuların isə düşünmək üçün daha az zamanları qalır. Heç kim bu qədər silah sursatı Silahlı Qüvvələrin anbarlarındakı stellajlarda saxlamaq üçün istehsal etmir. Silah bir vaxt sandıqda olsa belə təyinatı üzrə funksiyasını yerinə yetirir. Hələki az da olsa zaman var, sonra gec də ola bilər…/ordu.az

Baxış sayı: 458