İdman
29.05.2018 / 18:20

MOK-də Avropa Atletika Federasiyasının rəhbərliyi ilə görüş keçirilib- FOTO

MOK-də  Avropa Atletika Federasiyasının rəhbərliyi ilə görüş keçirilib-
Milli Olimpiya Komitəsində Avropa Atletika Federasiyasının rəhbərliyi ilə görüş keçirilib.

MOK-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, iclasda Avropa Atletika Assosiyasiyasının prezidenti Svein Arne Hansen və baş icraçı direktoru Christian Milz, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abiyev, Marketinq şöbəsinin rəisi Mehman Kərimov və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov iştirak edib.

İclasda Azərbaycanda Atletika idman növünə maraq və təbliği, xüsusilə MOK-un bu sahədə gördüyü işlər ilə yaxında tanış olundu.

“KIDs Athletics”,“Olimpiya Hərəkatı”, “LEAP 2017”, “Michel Johnson Performance” və digər təbliğ edici layihələrin əhəmiyyəti, son illərdə idmana olan marağın artmasından danışdılar. Bu layihələrin təkcə gəncləri idmana marağın genişləndirilməsi ilə yanaşı, məşqçi, hakim və digər texniki heyətin bilik və bacarıqlarının artırılmasında rolunu qeyd etdilər.

AAF-ın prezidenti Svein Arne Hansen Azərbaycanda idmana olan marağı və atletikaya olan tələbatın yüksək olduğunu qeyd etdi. O Milli Olimpiya Komitəsinin atletika idman növünü fəal şəkildə təbliq etdikləri üçün minnətdarlığını bildirdi.

Sonda MOK tərəkində qonaqlara hədiyyələr təqdim olundu.

MOK-də  Avropa Atletika Federasiyasının rəhbərliyi ilə görüş keçirilib-


MOK-də  Avropa Atletika Federasiyasının rəhbərliyi ilə görüş keçirilib-


MOK-də  Avropa Atletika Federasiyasının rəhbərliyi ilə görüş keçirilib-


MOK-də  Avropa Atletika Federasiyasının rəhbərliyi ilə görüş keçirilib-


MOK-də  Avropa Atletika Federasiyasının rəhbərliyi ilə görüş keçirilib-


MOK-də  Avropa Atletika Federasiyasının rəhbərliyi ilə görüş keçirilib-


İnform.az

Baxış sayı: 263