Hərbi
30.05.2018 / 12:15

Bakıda PAP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

Bakıda PAP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib
Mayın 30-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının NATO ilə “Planlaşdırma və Analiz Prosesi (PAP) Tərəfdaşlıq Məqsədləri (TM)” sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.

İnform.az MN-nin Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO ilə əməkdaşlıq, PAP proqramı üzrə Tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi və mümkün olan yeni Tərəfdaşlıq məqsədləri müzakirə olunub.

İnform.az

Baxış sayı: 228