Mədəniyyət
30.05.2018 / 11:10

Albaniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edi

Albaniya Prezidenti  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini  qəbul edi
Dünən Albaniya Respublikasının Prezidenti İlir Meta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib.

Mərkəzinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, qəbul zamanı Albaniya prezidentinə VI Qlobal Bakı Forumunun nəticələriylə bağlı məlumat verilib.

Qeyd olunub ki, bu forum artıq dünya miqyasında tanınan nüfuzlu platformalardan birinə çevrilib.

Bildirilib ki, Forumda müzakirəyə çıxarılan məsələlər müasir dünya üçün olduqca aktual mövzulara həsr olunur. Prezident İlir Metaya VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər, Çin xalq respublikasında həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verilib.

Albaniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurla fəaliyyət göstərdiyini vurğulayaraq, təşkilatın həyata keçirdiyi layihələrin qlobal əhəmiyyətli problemlərin müzakirəsi üçün imkan yaratdığını bildirib. Qeyd edib ki, mərkəzin təşəbbüsləri bütün bəşəriyyət üçün aktuallıq kəsb edən mövzularla bağlı olur. O, mərkəzin beynəlxalq əlaqələrinin genişlənməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti, habelə Albaniyanın müvafiq təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.

Qeyd edək ki, Albaniya Respublikasının Prezidenti İlir Metan;n Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə videomüraciəti də sosial şəbəkələrdə yayımlanıb:

(https://www.facebook.com/NizamiGanjaviIC/videos/1641077802655504/?t=0)

İnform.az

Baxış sayı: 86