Hüquq
30.05.2018 / 10:20

Narkomaniyaya qarşı mübarizə çərçivəsində maarifləndirici tədbir keçirilib- Astarada(Foto)

Narkomaniyaya qarşı mübarizə çərçivəsində maarifləndirici tədbir keçirilib-
Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbdə şagirdlərlə “Narkomaniya bəşəriyyətin bəlasıdır ” mövzusunda görüş keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İnform.az-a verilən məlumata görə Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyevin, rayon icra hakimiyyətinin məsul işçisi Elşad Axundovun, rayon ağsaqqallar şurasının sədri Rafiq Əliyevin, rayon ziyalılar cəmiyyətinin sədri Mircəfər Babazadənin də iştirak etdiyi tədbirdə çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan bəhs edib.

Bildirib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyl göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkil olunmasına diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın qəbul edilməsi bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış mühüm addımdır.

Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirir.

Digər çıxış edənlər vaxtaşırı olaraq yeniyetmə və gənclər arasında bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğuladılar. Hər kəsin narkomaniya bəlasına qarşı bacardığı qədər mübarizə aparmasının vacibliyini qeyd etdilər.

Daha sonra mövzu ilə bağlı şagirdlərə videoçarxlar nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Narkomaniyaya qarşı mübarizə çərçivəsində maarifləndirici tədbir keçirilib-


Narkomaniyaya qarşı mübarizə çərçivəsində maarifləndirici tədbir keçirilib-


İnform.az

Baxış sayı: 300