Dünya, Maraqlı
29.05.2018 / 16:09

Avropanın ən yaşlı ağacı tapılıb - İtaliyada

Avropanın ən yaşlı ağacı tapılıb -
İtaliyanın cənubundakı Pollino milli parkında Avropanın ən yaşlı şam ağacı aşkar edilib.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, aparılan tədqiqatlara əsasən ağacın 1230 yaşı olduğu müəyyən edilib.

Mütəxəssislər Geldreyx şamı növünə aid olan ağaca “İtalus” adı veriblər.

Qeyd edək ki, buna qədər Avropanın ən yaşlı ağacı Yunanıstanın şimalındakı elə həmin növə aid 1075 yaşlı ağac hesab olunurdu.

İnform.az

Baxış sayı: 607