Dünya, Hərbi
29.05.2018 / 15:00

Erməni kapitan intihardan öncə qeydlər yazıb- DETALLAR

Erməni kapitan intihardan öncə qeydlər yazıb-
Mayın 26-da saat 13:00 radələrində Ermənistan müdafiə nazirliyinin İrəvandakı N nömrəli hərbi hissəsinin rabitə bölüyünün yataq otağında döş qəfəsi nahiyyəsində dəlib keçən odlu silah yarası ilə kapitan Hmayak Hakobi Hakobyanın meyidi aşkarlanıb.

İnform.az
ordu.az-a istinadən xəbər verir ki, erməni kapitanın ölüm səbəbləri barədə yeni məlumatlar məlum olub.

Belə ki, 28 yaşlı kapitan Hakobyan Ararat vilayətinin Hnaberd kəndində yaşayırdı. Onun müqaviləli hərbi qulluqçu olan bir qardaşı var və hər iki qardaşın erməni ordusunda xidmət etdiyi bildirilir.

Hnaberd kənd rəhbəri Marat Poğosyan bildirib ki, Hmayak Hakobyan kimi kapitanlar çox azdır, baş vermiş hadisə onlar üçün də təəccüblüdür.

"İlkin məlumata görə, o, intihar edib. Ancaq yəqin belə də olacaq, çünki bizə məlum olub ki, o bu addımında heç kimin günahlandırılmamasına dair qeyd qoyub", -deyə kənd rəhbəri qeyd edib.

İnform.az

Baxış sayı: 336